Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə kompensasiya ödənəcək - VİDEO

Tarix: 29-03-2022 09:08     Baxış: 4174 A- / A+
Bu şəxslərə kompensasiya ödənəcək (VİDEO)
Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib.
Manevr.az xəbər verir ki, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək. Bunu "XəzərXəbər"ə açıqlamasında Mili Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədrinin sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.
Millət vəkili bildirib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.
Qeyd edək ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar