Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Ştutqart”da qalmaqal: sabiq deputat məhkməyə verildi

Tarix: 28-03-2022 19:08     Baxış: 3215 A- / A+


Nəriman Əliyev
Nəriman Əliyev

“Ştutqart”ın keçmiş direktoru Əfqan Abdullayev keçmiş deputat Nəriman Əliyev barəsində apelyasiya şikayəti verib.
Manevr.az-ın məlumatına görə, Ə. Abdullayevin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətlə bağlı Bakı Apelyasiya Məhkəməsində baş tutacaq məhkəmə prosesinə hakim Şərafət Məmmədova sədrlik edəcək. İş üzrə Əfqan Abdullayev iddiaçı, Nəriman Əliyev və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cavabdeh qismində tanınıblar.
Qeyd edək ki, Ə. Abdullayev keçmiş deputat Nəriman Əliyevin bacısı oğludur.
Əfqan Abdullayev 2021-ci il sentyabrın 7-də “Ştutqart” şirkətinin baş direktoru vəzifəsindən ayrılıb. Bir müddət əvvəl mediada keçmiş deputat Nəriman Əliyevin özünəməxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunması barədə məlumatlar yayılmışdı.
N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar