Xəbər lenti
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - RƏSMİ AÇIQLAMA
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib.
Manevr.az-ın xəbərinə görə, ƏMDX-dən trend-ə bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.
“Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər-hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.
Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir və vətəndaşları bu cür şayiələrə inanmamağa çağırır. Belə şayiələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar