Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

2021-ci ildə Rusiya əhalisi nə qədər azalıb? – Yeni ANTİREKORD

Tarix: 28-03-2022 10:16     Baxış: 3198 A- / A+


2021-ci ildə Rusiya əhalisi nə qədər azalıb? – Yeni  ANTİREKORD
2021-ci ilin bütün dünyadakı kimi, Rusiya əhalisi üçün də asan olmadığı ilə razılaşmamaq çətindir. Pandemiyanın davam etməsi, inflyasiyanın sürətlənməsi və bir çox vətəndaşların gəlirinin artmaması bu ölkə vətəndaşlarını da ciddi problemlərlə üzləşdirib.
Xarici medianın məlumatına görə, məsələn, ötən il üçün inflyasiya 8,4 faiz təşkil edirdi, lakin məhsulları ayrılıqda götürdükdə, onda artım daha yüksək olub.
 
Ancaq bu, hamısı deyil. Təəssüf ki, ekspertlər ölkə əhalisinin azalması ilə bağlı yeni antirekordları qeyd edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib.
 
Bu isə Rusiyanın yeni tarixində ən yüksək rekorddur. 2020-ci ildə bu göstərici 702 min nəfər olub. Bundan əvvəlki record göstərici isə 2000-ci ildə (958,5 min nəfər) qeydə alınıb.
 
Məlumata görə, 2022-ci ilin əvvəlində Rusiya əhalisinin sayı 145,48 milyon nəfər təşkil edib. 1991-ci ilin əvvəlində bu göstərici 148,27 milyon nəfər olub.
 
Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada əhalinin sayı, sadəcə azalır, məsələn, 2009-2017-ci illərdə artım olub, 2014-cü ildə isə əhali ən çox Krımın sayəsində artıb.
 
Ekspertlərin fikrincə, doğum səviyyəsinin azalmasına baxmayaraq, azalma tempi getdikcə azalır və ola bilsin ki, yaxın gələcəkdə ölkə əhalisi yenidən artacaq.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar