Xəbər lenti
Evdə "Wi-Fi"ın sürətini artırmağın üsulu

"Top comp" ləqəbli rusiyalı bloger evdə "Wi-Fi"ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router - red.) parametrlərdə kanal dəyişdirilməlidir.
Manevr.az xəbər verir ki, bloger marşrutlaşdırıcının işinin qonşunun "Wi-Fi"nı ləngidə biləcəyini deyib.
"Başqa mənzillərdə olan cihazların mane olmaması üçün brauzerdə xüsusi ünvana daxil olaraq marşrutlaşdırıcının parametrləri açılmalı (bu, hər cihazda özünəməxsus ola bilər), daha sonra "simsiz rejim" bölməsində kanal parametrləri dəyişdirilməlidir. Qonşunuz 1-dən 9-a qədər kanal istifadə edə bilər; açılan siyahıya baxırıq və 10, 11, yaxud da 12-ni seçirik. Beləliklə, marşrutlaşdırıcımız qonşularımızın marşrutlandırıcılarından fərqli kanallardan istifadə edəcək. Bunun sayəsində "Wi-Fi" daha sürətli işləyəcək", - bloger qeyd edib.
O vurğulayıb ki, bundan sonra dəyişikliklər yadda saxlanılmalı, ardınca marşrutlaşdırıcının işi yenidən başladılmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar