Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır... - Deputatdan AÇIQLAMA

Tarix: 21-03-2022 14:23     Baxış: 4277 A- / A+
Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır... - Deputatdan AÇIQLAMA

"ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir”.
 
Bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyini deyib:
 
"Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq. Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb.
 
OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”.

Deputat dünyada yaranan məhsul qıtlığına da diqqət çəkib:

"ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir. Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə da müşaiyət olunur. Görünən odur ki, "bu xəmir hələ çox su aparacaq”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar