Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cəlilabadın icra başçısı Şaxta babanı Novruz mərasiminə gətirtdi – ŞƏKİL

Tarix: 20-03-2022 15:20     Baxış: 3258 A- / A+

Sosial şəbəkələrdə Cəlilabad rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdən maraqlı fotoşəkil paylaşılıb.
Manevr.az xəbər verir ki, fotoşəkildə diqqət çəkən əsas məqam Novruz tonqalı ətrafında Şaxta babanın olmasıdır.
Şəkildən görünür ki, Novruz tonqalı ətrafında dövrə vuranlar arasında özünə yer edən Şaxta baba Keçəlin əlindən tutub rəqs edir. Halbuki, biz Keçəlin yanında həmişə Kosanı görməyə adət etmişik.
Axı Novruzun əsas personajları Keçəl və Kosadır.
Yeri gəlmişkən, Novruz tonqalı ətrafında tədbirə tamaşa edən və əl çalanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da var. Deyilənə görə, Şaxta babanın mərasimə çağırılması da elə onun ideyasıdır.
Xatırladaq ki, R.Cəlilov 14 sentyabr 2021-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Bəs ilin-günün bu vaxtında Şaxta baba hara, ucqar Cəlilabad rayonu hara...
Cəlilabad rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək mümkün olmadığından, belə düşünürük ki, bölgə rəsmiləri hazırda havaların adət etmədiyimiz soyuq, şaxta və qarla müşayiət olunduğunu nəzərə alaraq, Şaxta babanı zarafatla Novruz mərasiminə dəvət ediblər...
Yoxsa Şaxta babanın Keçəlin yanında Kosanı əvəz etməsinin başqa nə anlamı ola bilər?/modern.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar