Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib - ŞƏKİL

Tarix: 19-03-2022 18:46     Baxış: 4201 A- / A+
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Şuşa və Hadrutda dislokasiya olunan bölmələrdə olub.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, döyüş növbəsinin gücləndirilməsi və digər fəaliyyətlər məşq etdirilib.
Baş Qərargah rəisi döyüş, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Sonra general-polkovnik K.Vəliyev komando hərbi hissələrindən birində yaradılan şəraitlə tanış olub.
Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev  tərəfindən yüksək qiymətləndirildiyini bir daha şəxsi heyətin diqqətinə çatdırıb.
General-polkovnik K.Vəliyev şəxsi heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Daha sonra komandir heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun davam etdirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müvafiq göstərişlər verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar