Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni mərkəz yaradılır - RƏSMİ

Tarix: 19-03-2022 17:47     Baxış: 4215 A- / A+

Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq.

Manevr.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Agentliyin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Nizamnaməsi” təsdiq edilib.
Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Strukturu” təsdiq edilib.
Əqli Mülkiyyət Agentliyi bir ay müddətində tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin (bundan sonra – Mərkəz) fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etməlidir.
Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməlidir.
Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilib ki, Mərkəzin Nizamnamə fondu 100.000 (yüz min) manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla) hesabına təmin olunur;
Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.
Bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика