Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək

Tarix: 17-03-2022 15:38     Baxış: 3200 A- / A+
İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək
Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydası müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu Qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir.
Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq bu qanun nəzərə alınmaqla kompensasiya ödənilir.
Qeyd edilib ki, bu qanuna uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun olur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar