Danimarkada 2010-cu ildən sonra anadan olan insanlara siqaret satılması ilə bağlı qadağalar təklif edilir.
Manevr.az xəbər verir ki, hazırda ölkədə 2010-cu ildən sonra anadan olan bütün vətəndaşlara siqaret və nikotin məmulatlarının satışının qadağan edilməsi ilə bağlı planlara baxılır.
Bu addım növbəti danimarkalı nəsillərin tütünə çıxışının məhdudlaşdırılmasına yönəldilib.
Xəbər lenti
Bu şəxslərə siqaret satılması qadağan oluna bilər
Danimarkanın səhiyyə naziri Maqnus Xoynikenin sözlərinə görə, zərurət olduqda ölkə müvafiq qərarı qanunvericilikdə dəyişikliklərlə təsbit etməyə hazırdır.
Qüvvədə olan qaydalara əsasən, 18 yaşına qədər Danimarka vətəndaşlarına tütün almaq və ya elektron siqaret çəkmək qadağandır. Lakin, 15-29 yaşarası qrupa aid təxminən 31 faiz insan hələ də tütün məmulatlarından istifadə edir.
Səhiyyə naziri əlavə edib ki, siqaret çəkmək Skandinaviya ölkəsində xərçəng xəstəliyinin əsas səbəblərindən biridir və ildə 13 600 nəfərin ölümü ilə nəticələnir, bu da ölkənin gələcək nəsli üçün ciddi problemə çevrilir.azərtac

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar