Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rüşvətə görə tutulan 2 vəzifəli şəxə bəraət verildi

Tarix: 16-03-2022 12:12     Baxış: 3188 A- / A+
Rüşvətə görə tutulan 2 vəzifəli şəxə bəraət verildi
Azərbaycanda rüşvətə görə tutulan vəzifəli şəxslərə bəraət verilib.
Manevr.az-ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Belə ki, məhkəmədə rüşvət almaqda tqəsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədova hökm oxunub.
Hökmə əsasən, R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.
Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyevin Ş.Mehtiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib."Report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar