Xəbər lenti
Qanunsuz sənədlə Azərbaycana gəlmək istəyən 10 nəfər saxlanıldı - ŞƏKİL
Təqdim olunan saxta sənəd
Heydər Əliyev Beynəlxalq Aeroportunda 6 halda 9 əcnəbi və 1 Azərbaycan vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 32 yaşlı Panahkivaj Saeid Hassan və 42 yaşlı Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilib.
Martın 12-də Türkiyə vətəndaşı 22 yaşlı Demirkıran Çekdar “İzmir-Bakı” reysi ilə qanuni sənədlərlə Azərbaycana gəlib tranzitlə “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 26 yaşlı Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilib.
Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları- 41 yaşlı Al Baiti Ali Hasan Ali, 39 yaşlı Al Kumaim Reem Al Sharif Mohammed Ali, 12 yaşlı Al Baiti Tamer Ahmed Hasan, 9 yaşlı Al Baiti Yazan Ahmed Hasan və 6 yaşlı Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkarlanıb.
Martın 15-də “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan vətəndaşı 24 yaşlı Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyənləşdirilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görüllüb.
0
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar