Xəbər lenti
Biləsuvarlı rəssamın kömürlə çəkdiyi əsəri Ərdoğana hədiyyə edilib - Şəkillər
"Çəkdiyim rəsmlərdən biri İstanbul Universitetinin muzeyində saxlanılır, digəri isə Türkiyə Respublikasının Prezidenti Ərdoğana hədiyyə edilib".
Biləsuvarda ağac kömürü ilə möhtəşəm rəsm əsərləri çəkən gənc rəssam Ruslan Qəhrəmanov bildirib.
İstedadlı rəssam 1986-cı ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Hazırda əsərləri respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə nümayiş olunan Ruslanın sözlərinə görə, ilk dəfə 11 yaşında həyətdə tapdığı kömür parçası ilə atasının rəsmini çəkib:
"Rəsm çox təbii və ona baxan hər kəsi heyrətləndirəcək qədər möhtəşəm alınmışdı. O vaxta qədər heç bir şəkil çəkmədiyimdən bunu necə bacardığıma özüm də çox təəccüblənmişdim. Düşünürdüm, necə oldu ki, belə bir rəsm hazırladım? Valideynlərim öncə bu bacarığımı maraqla qarşılasalar da, təhsil almağımda maraqlı olmadılar. Lakin bir müddət sonra təkidimi görən atam məni Biləsuvar Uşaq İncəsənət Məktəbinə gətirdi və orada təhsil aldım".
2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Şüşə keramikası fakültəsinə qəbul olunan rəssam ailəsinin maddi çətinlikləri ilə əlaqədar ödənişli ali təhsil almaqdan imtina edərək hərbi xidmətə yollanıb.
Sonra yenidən bu sahəyə qayıdan Ruslan deyir ki, Azərbaycanda kömürlə işləyən rəssam, demək olar, yoxdur:
"Bir gün tanıdığım rəssamlardan biri yaradıcılıq mövzusunda söhbət zamanı mənə dedi ki, "əsl rəssam əsərinin qabağından keçən hər kəsi daşa döndərməlidir. Əgər sən bunu bacarsan, mən səni əsl rəssam kimi görəcəyəm". Bu sözlər mənim fəaliyyətimə böyük bir stimul verdi. Həmin ərəfədə çəkdiyim "Yorğun", "Eynəkli kişi" əsərlərinin maraqla qarşılanması məni daha da ruhlandırdı".
Ruslan Qəhrəmanovun əsərləri sərgilərdə maraqla qarşılanır. Bir çox əsərləri xarici ölkələrdə də nümayiş edilib. Xüsusilə 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində 4 rəsm əsərinin Türkiyədə nümayiş olunması ona yeni şöhrət gətirib. Həmin sərgidə əsərləri tədbir iştirakçıları tərəfindən çox böyük maraqla izlənib. Onun sərgidə nümayiş etdirdiyi əsərlərdən biri tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib, digəri isə İstanbul Universitetinin tarix muzeyində qorunur.
Qeyd edək ki, istedadlı rəssam bu günə qədər 100-dən artıq əsər yaradıb və onların yarıdan çoxu şəhidlərimizə həsr olunub. report
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar