Xəbər lenti
Surxay müəllimin İNSAN oğlu
Qarabağ savaşı veteranı, professor Habil Qurbanovun 67 yaşına
Dünyanın kiçik bir guşəsidir vətənimiz Azərbaycan. Azərbaycanın kiçik olmayan bir guşəsidir doğma yurdumuz Qarabağ.
Qarabağın ən böyük bölgəsidir Ağdam. Ağdam - Azərbaycanın çörək başkəndidir. Çörəkli kişiləri, elm – maarif adamları, igid oğulları, müdrik ağsaqqalları ilə tanınıb bu el – oba. Molla Qurbanlı ocağı təkcə Ağdamın yox, bütöv Qarabağın, Azərbaycanın üz tutduğu məktəbdir. Bu elm – maarif ocağını SURXAY MÜƏLLİMİN MƏKTƏBİ də adlandırırlar. Bu il 110 illiyi sayğı ilə anılan Böyük Vətən müharibəsi qəhrəmanı Surxay müəllim özü bir MƏKTƏBdir. Dost – tanışlardan, oğul -uşaqlarından bildiyimizə görə, Surxay müəllimin ən başlıca “fənni” İNSANLIQ dərsi olub. Görəvin nə olur olsun, - polis, prokuror, raykom – özün İNSAN olmalısan! Adının önünə doktor, professor, akademik artırılsın, -gözəldir, amma ən gözəli alimin insan olmasıdır.
Bu gün -14 martda Surxay müəllimin İNSAN oğlu, Qarabağ savaşı qazisi, professor Habil Qurbanovun dünyaya göz açdığı gündən 67 il keçir. Habil Surxay oğlu atasından hər dərsi elə alıb, elə götürüb ki, ən gözəl adlara yiyələnib. Ən böyük adı isə İNSANdır! Bu adı qazanmaq isə hər kişiyə nəsib olmur. Nə yaxşı Habil müəllim kimi insanlar dünyaya gəlir, nə yaxşı belə insanlar var! Nə yaxşı, qazi, şəhid ailələrinə qapısı daim açıq olan xeyirxah insan(lar) var! Nə yaxşı, Habil müəllim Surxay müəllimin ocağının, məktəbinin layiqli davamçısıdır ! Nə yaxşı, Ağdama, Şuşaya gedən yolumuz açılıb!
Yolunuz açıq olsun, yenidən dünyaya, Ağdama, Molla Qurbanlı ocağına, Surxay müəllimin məktəbinə gəlişiniz uğurlu olsun, Habil müəllim!
Məğrur Bədəlsoy
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar