Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Akademik İsa Həbibbəylinin “Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı işıq üzü görüb

Tarix: 14-03-2022 16:12     Baxış: 4157 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı nəşr olunub.
“Sənətkarın elmi pasportu-27” seriyasında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Akif İmanlıdır.
Kitabda böyük maarifçi şair, nasir, görkəmli pedaqoq və ilk məktəb dərslikləri yaratmış, dövrünün tanınmış xalq müəllimlərindən biri Məhəmməd Tağı Sidqinin (1854-1903) həyatı və yaradıcılığından bəhs edilir.
Kitab Giriş, “Məhəmməd Tağı Sidqinin həyatı”, “Yeni nəslin inkişafında rolu”, “Şeir yaradıcılığı”, “Nəsr əsərləri”, “Mətbuatla əlaqəsi”, “Pedaqoji görüşləri və dərslikləri”, “Elmə xidmət” və Nəticə bölümlərindən ibarətdir.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın üz qabığındakı şəkil 1902-ci ildə Naxçıvan şəhərində Qurbanəli Şərifzadə tərəfindən çəkilmişdir.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəs


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar