Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

Tarix: 14-03-2022 12:36     Baxış: 4231 A- / A+


Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
Məlumata görə, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirilib.
Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar