Xəbər lenti
Kiyevdə kişi Rumıniyaya qaçmaq üçün görün nə etdi? - ŞƏKİL
Ukraynanın Rumıniya ilə sərhədini qanunsuz keçməyə cəhd edən qadın geyimində olan Kiyev sakini saxlanılıb.
Ukrayna mediası bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Paytaxt sakini "Porubnoe" keçid məntəqəsində özünü qadın kimi təqdim edərək sərhədi qanunsuz keçməyə cəhd edib. Kişi azyaşlı uşağını götürərək sərhəd nəzarətinə arvadının pasportunu təqdim edib. Lakin Çernovtsi dəstəsinin sərhəd nəzarəti müfəttişi 30 yaşlı kişinin belə planını dərhal ifşa edib. Makiyaj və parik də Kiyev sakininə kömək etməyib”, - məlumatda qeyd edilir.
Məlum olub ki, bu yolla Ukrayna vətəndaşı orduya çağırılmaqdan yayınmağa çalışıb.
İndi həmin şəxs qanun çərçivəsində cavab verməli olacaq. Çünki sərhədçilər polisə xəbər göndərib, həm də həmin şəxsi sərhədi qanunsuz keçməyə cəhd etdiyinə görə inzibati məsuliyyətə cəlb ediblər.
Ukraynadan qaçmağa cəhd edən daha 11 isə Vinnitsa vilayətində Mogilev-Podolski sərhədçiləri tərəfindən saxlanılıb. Ukraynanın müxtəlif bölgələrindən gələn ukraynalılar Moldovaya Dnestr çayının o tayındakı keçid məntəqələrindən gizli getməyi planlaşdırıblar.
Qanunu pozanların hamısı inzibati qaydada saxlanılıb. Onlar da növbəti qanuni qərarların verilməsi üçün polisə təhvil veriləcək.
Xatırladaq ki, 18-60 yaş arası ukraynalı kişilərin hərbi vəziyyətə görə ölkədən çıxması qadağan edilib.
18 yaşına çatmamış üç uşağı olan kişilər, hərbi xidmətə yararsız və hərbi-həkim komissiyasından müvafiq sənədləri olanlar və sağlamlıq imkanları məhdud şəxslərə qulluq edən şəxslər istisna olunur.lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar