Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yol polisindən sürücülərə xəbərdarlıq

Tarix: 12-03-2022 18:20     Baxış: 3201 A- / A+
Yol polisindən sürücülərə xəbərdarlıq

Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında çətinliklər yaradıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları cəlb edilib.
Aidiyyəti taqımların məkdaşları yol təsərrüfatı işçiləri ilə birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.
Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar