Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mariupoldakı doğum evindəki şəkli ilə gündəmə gələn qadın bloqer imiş - ŞƏKİLLƏR

Tarix: 11-03-2022 14:27     Baxış: 3263 A- / A+


Xəbər verdiyimiz kimi, martın 9-u Ukraynanın Mariupol şəhərində Rusiya qoşunları tərəfindən doğum evi və uşaq xəstəxanası vurulub. Bildirilir ki, doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb və onların arasında yeni ana olan qadınlar da var.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, faciədən sonra xəstəxanadan təxliyə olunan şəxslərin fotoları dünya mediasında geniş yayılıb. Bu fotolar sırasında yaralı hamilə qadının təxliyə olunması böyük müzakirələrə səbəb olub və bir sıra aparıcı KİV-də əsas foto olaraq paylaşılıb.
Bunun ardınca, ukraynalı sosial şəbəkə istifadəçiləri sözügedən şəkildə yer alan qadının bloqer-model Marianna Podqurskaya olduğunu bildiriblər.
Rusiya mediası isə iddia edir ki, həmin xəstəxana bir müddət əvvəl təxliyə olunub və son zamanlar "Azov" batalyonunun döyüşçüləri tərəfindən istifadə olunub. Belə ki, Rusiya KİV xəstəxanadan hamilə qadının təxliyəsinin və fotosunun feyk və qurama olduğunu deyir. Qeyd olunub ki, o, həqiqətən hamilə olsa da, həmin vaxt doğum evində ola bilməzdi.
Digər sosial şəbəkə istifadəçiləri isə görüntülərin real olduğunu bildirir. Belə ki, foto ilə yanaşı, həmin gün xəstəxanadan yayılan digər kadrlar, hamilə qadınların videoları fakt kimi şərh olaraq paylaşılır. Bildirilir ki, o gün Marianna ilə yanaşı, bir neçə hamilə qadın xəstəxanadan təxliyə edilib. O, sadəcə məşhur olduğu üçün fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar