Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Özlərindən şou çıxarıb, “maska cəriməsi” ilə pul yığırlar” – Məşhur həkimdən etiraz

Tarix: 10-03-2022 18:53     Baxış: 3213 A- / A+
Bir neçə gündür ki, yoluxma sayında kəskin şəkildə azalmalar müşahidə olunur. Günü-gündən sağalanların sayı yoluxanları üstələyir. Qarşıdan Novruz bayramı gəlir. İnsanların sıx yerlərdə kütləvi şəkildə iştirak daha da artacaq. 
Qeyd edək ki, martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb.. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlanılıb. Bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb.
Bu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. İnsanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar. Maraqlıdır, insanların sıx şəkildə bir araya toplaşması yenidən yoluxma sayına təsir edə bilərmi? Maska qadağası ləğv oluna bilərmi?
Radioloq həkim Aydın Əliyev yenisabah.az-a açıqlamasında deyib ki, pandemiya artıq bitib: 
“Heç bir təhlükə yoxdur. Məhdudiyyət qoymaq lazım deyil. Karantin qaydaları ləğv olunmalıdır. Müvafiq qurumlar özlərindən şou çıxarıblar. Onlar nəyisə, bəhanə edib, süni olaraq hansısa məhdudiyyət tətiq edib-etməyəcəklərin deyə bilmərəm. Amma real olaraq heç bir təhlükə yoxdur”.
Həkimin sözlərinə görə, qapalı yerlərdə maska taxmaq qadağası ləğv olunmalıdır: “Bu bəzi qurumlar üçün pul yemək mənbəyinə çevrilib. İnsanların iş yerinə girirlər qapalı yerlərdə deyirlər “sizə cərimə yazılacaq”. Müəyyən qədər pul alırlar. Artıq bunu yeyinti maşınına çeviriblər. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Qapalı məkanlarda maska tələbi ləğv olunub. İnsanlar 2 ildir ki, stressdədir. Onları qorxutmaq olmaz”.
A.Əliyev  qapalı məkanlarda maska taxılması qərarının absurd fikir olduğunu söyləyib:
“Milyonlarla insan peyvənd olunub, yüz minlərlə insan isə yoluxub, sağalıb. Artıq kollektiv immunitet formalaşıb. Ona görə, artıq insanları incitmək lazım deyil. Ləğv olunmalıdır. Çox belə gülünc qərar verilib ki, 500 nəfər toyda yığışsa, qucaqlaşsa, öpüşsə heç nə olmayacaq. Lakin iş yerində iki
nəfər maska ilə oturmalıdır. Bu çox absurd bir məsələdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar