Xəbər lenti
Azərbaycanda evlərin icbari sığortası ilə bağlı yenilik - Rəsmi
Azərbaycanda evlərin icbari sığortasına dair yeni konsepsiya hazırlanıb.
Manevr.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, əhalinin sığorta sahəsi üzrə maarifləndirilməsi istiqamətində Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında imzalanan memorandum əsasında təbliğat-təşviqat strategiyası hazırlanıb və müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılıb.
“Bununla yanaşı, sığorta qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən işlər avam etdirilməkdədir.
Daşınmaz əmlakın icbari sığortası növü üzrə mexanizmin təkmilləşdirilməsi məqsədilə yeni konsepsiya hazırlanıb. Qeyd olunan istiqamətdə yeni konsepsiyanın beynəlxalq ekspertlərlə müzakirəsi davam etdirilir. Mərkəzi Bank tərəfindən sığorta fəaliyyətində rəqəmsallaşdırmanın həyata keçirilməsi məqsədilə hazırlanan layihə çərçivəsində mövcud icbari sığorta növlərinin tam rəqəmsallaşması istiqamətində işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası növləri üzrə sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması, sığorta müqavilələri üzrə məlumatların real vaxt rejimində daxil edilməsi və sistemin tam elektronlaşdırılması istiqamətində müvafiq addımlar atılmaqdadır. Belə ki, aidiyyəti qurumların elektron informasiya sxemlərinin, inteqrasiyaların həyata keçirilməsi məqsədilə müvafiq qanuna dəyişiklik layihələri hazırlanıb, rəy və təkliflərin toplanılması məqsədilə aidiyyəti qurumlara göndərilib.
Qanun layihəsi yekun təkmilləşdirmə mərhələsindədir.
Qanun layihəsinin tətbiqi sığorta bazarının genişlənməsinə, əhalinin sığorta təminatı almayan hissəsinin müvafiq sığorta məhsulları ilə əhatə olunmasının, maliyyə xidmətlərinə çıxışına artırılmasına, sığorta müqaviləsinin bağlanılması prosesinin maksimum sadələşdirilməsinə, sığorta əhatəliliyinin genişlənməsinə, məlumatların dəqiq və daha çevik əldə olunmasına elektron informasiya sistemi üzərindən respublika ərazisi üzrə sığortalılıq səviyyəsinin yoxlanılmasına, eləcə də aidiyyəti qurumlar tərəfindən sığortalanma prosesinə nəzarətin gücləndirilməsinə töhfə verəcək”, - vurğulanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar