Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər 10 qadından birində bu xəstəlik var

Tarix: 05-03-2022 22:49     Baxış: 4202 A- / A+
Endomitrioz xəstəliyi dünyada qadınlar arasında sürətlə yayılmaqdadır.

Xəstəlik hər 10 qadından birində müşahidə olunur.

Uşaqlığın daxili divarını örtən toxumanın uşaqlıq yolundan kənarda olması diaqnozu olan endometrioz bəzi xəstələrdə heç bir əlamət olmadan inkişaf edir. Əksər xəstələrdə menstruasiya zamanı şiddətli ağrı, həddindən artıq qanaxma, qarında ağrıya səbəb olur.

Xəstəlik reproduktiv orqanların zədələnməsi və sonsuzluğa gətirə bilir. Endometriozun sonsuzluğa səbəb olub-olmadığı hələ də mübahisəli məsələdir. Bəzi xəstələr spontan hamilə qala bilər. Lakin endometriozun borularda və yumurtalıqlarda tıxanma və yapışmalara səbəb olaraq sonsuzluq yaratmaq ehtimalı da var.

Aparılan araşdırmalarda “uşağım yoxdur” deyərək həkimə müraciət edən qadınların 15-55 faizində endometrioz olduğu müəyyən edilib.
Xəstəliyin müalicəsi diaqnoz təyin etməkdən daha asandır. Endometrioz qadınlarda fibromalardan sonra ən çox rast gəlinən xoşxassəli xəstəlik olsa da, bir çox qadın menstrual ağrını normal hal kimi qəbul edir və belə bir xəstəlikdən xəbərsiz qaldığından bununla yaşamalı olduğunu düşünür. Xəstəliyin yaratdığı şikayətlər çox vaxt digər xəstəliklərlə qarışdırıldığı üçün diaqnozun qoyulması 10 ilə qədər davam edə bilər.

Xəstəliyin səviyyəsindən, simptomlardan və xəstənin uşaq sahibi olmaq istəyindən asılı olaraq müalicə üsulları dəyişə bilər.

Elmi tədqiqatlar yumurtalıq xərçənginə daha çox endometriozlu xəstələrdə rast gəlindiyini göstərir. Xüsusilə 40-50 yaş arasında meydana gələn endometrioz kistləri xərçəngin xəbərçisi ola biləcəyi üçün əməliyyat olunmalı və patoloji müayinə edilməlidir. teleqraf.com

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar