Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI

Tarix: 04-03-2022 18:30     Baxış: 3237 A- / A+




Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz orqanizmimizin bu qədər ömrə uyğun olmadığını bilirik.
Manevr.az medicina.az-a istinadən  xəbər verir ki, alimlər bir insanın 100 il yaşama şansını göstərən 7 əlaməti tapıblar. Əgər sizdə bunlar varsa, deməli, 100-ə çata bilərsiz.
 
1. Normal çəki və piysiz qaraciyər

Yaşlandıqca insana bir qədər yağ, piy lazım olur. Amma alimlər bədən çəkisi indeksi normaya yaxın və boyuna uyğun insanların 90 yaşa kimi çatmasını təsdiqləyib.

Eləcə də ürək və qaraciyərdə piy toplanması ürək xəstəliklərini artırır. Ona görə daxili orqanların piylənməsinə yol vermək olmaz və mütəmadi yoxlanmalıdır.

2. Sürətli gəzmək


Tez-tez, sürətli və çox gəzənlər daha çox yaşayacaq, nəinki evdə, işdə əyləşənlər. Eləcə maşın sükanı arxasında çox olanlarda erkən ürək əlamətləri görülür.

3. Meyvə, səbzə, tərəvəz çox yemək

Hətta ət yeməyinin yanında da göyərti, salat, tərəvəz yeyənlər daha sağlam və uzunömürlü olur.

4. Zəhmətkeşlik, fiziki əmək

İnsanın ömrü onun nə qədər məşğul olmasından asılıdır. Sutkanın böyük hissəsini hansısa işlə məşğul olan, vaxtı olmayan, məqsədyönlü, aktiv, işsiz dayana bilməyənlərin daha çox yaşaması və keçən illərin fərqində olmadığı sübut olunub. Ətalət halında insan daha çox özünə qapılır, evdən çıxmağa ərinir və məqsədsiz yaşadığı üçün həyat ona mənasız gəlir.

5. Yaxşı yuxu və xoş əhval

Sadə bir hadisəyə sevinən, xırda detallardan xoşbəxt olan, dostluğa meyilli, eləcə də sutkalıq gecə yuxusu 7 saat olan insanlar da 100-ə çata bilər. Ümumiyyətlə, yaşlı vaxtı 30 dəqiqəlik gündüz yuxusu da vacibdir. Bu zaman beyin neyronları təmizlənir, aktivləşir və lazımi hormonlar sintez olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar