Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda çörək yenidən bahalaşacaq

Tarix: 04-03-2022 08:05     Baxış: 3258 A- / A+
"Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb, Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ukraynanın ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcəyi nəzərə alınsa, bu, fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək:

"2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.  2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”.

Ekspert xatırladıb ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır:

"Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”. yenisabah.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar