Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Kiyevdəki vəziyyət barədə: "Uşaqlar və hamilə qadınlar dağıntılar altında qalıb"

Tarix: 02-03-2022 20:58     Baxış: 4238 A- / A+
Azərbaycan vətəndaşı Kiyevdəki vəziyyət barədə:

"Yeddi gündür dostlarımızla birlikdə yaşayırıq. Özümüzə yemək, su alırıq, əlavə olaraq könüllülər hərəkatı təşkil etmişik”.
Manevr.az xəbər verir ki, bunu media.az-a Kiyevdə yaşayan Azərbaycan vətəndaşı Kamilla Yudina deyib.
Onun sözlərinə görə, səhər səkkiz nəfərlik qruplar halında mağazaya gedirlər, ehtiyac duyduqları hər şeyi alırlar. Həm özləri həm də hərbçilər və müdafiəçilər üçün...
"Belə bir imkanı olan hər kəs kömək edir: kimsə çörək bişirir, kimsə molotov kokteyli hazırlayır, kimsə uşaqlara və ehtiyacı olanlara yemək və su çatdırır ... Hamı bununla məşğuldur. Hər kəs öz evini qorumaq üçün çalışır”, - deyə o izah edib.
Yudina deyir ki, Ukraynaya müxtəlif ölkələrdən könüllülər gəlir.
"Belaruslar burada öz hərəkatını təşkil etdilər və bu hərəkata Ukrayna ilə döyüşmək istəməyənləri qoşulmağa çağırdılar. Bundan əlavə, Kadırovçuları qəbul etməyən çeçenlər Ukraynanın tərəfində vuruşurlar”, - o, bildirib.
Qadının sözlərinə görə, Kiyevdə mağazalarda ərzaq və su hələ də mövcuddur. "Ancaq sabah nə olacağını bilmirik, ona görə də hər gün artıqlaması ilə məhsulları alırıq”, - o deyib.
Xanım qeyd edib ki, Ukraynanın bir çox şəhərləri dəhşətli şəkildə bombalanır və hər yerdə dinc sakinlər əziyyət çəkir, evlər dağıdılır, talelər dağılır...
"Dünən biz Xarkova necə raket yağdığını gördük... Rus əsgərləri harasa atəş açır, yaşayış binalarını vurur, insanlar ölür... Xarkovda Svoboda meydanına raket düşüb, binanın yarısı dağılıb. Evimin yaxınlığında bir televiziya qülləsi partladı, ikinci raket isə camaata dəydi, getdiyim idman zalı yandı. Raket Holokost qurbanlarının xatirəsinə abidənin yerləşdiyi Babi Yarın yaxınlığına düşüb. Burada almanlar İkinci Dünya Müharibəsi zamanı yəhudiləri və ukraynalıları kütləvi şəkildə güllələyiblər”, - deyə Kamilla bildirib.
Kamilla Yudina deyir ki, Rusiya hərbi texnikası yaşayış məntəqələrinə daxil olur və hərbi hissələrə, mühüm strateji obyektlərə raketlər atmağa başlayır, onlar qaçan insanları vurur, yaşayış binaları, uşaqlar və hamilə qadınlar binaların dağıntıları altında qalır... Uşaqlar metroda və bunkerlərdə doğulur, xəstəxanalarda bir çox ağır xəstələr demək olar ki, dərmansız qallıb.
"Bu yaxınlarda balkona çıxdım və gözümün önündə bir raket havaya qalxdı, qorxulu idi, yerimdən tərpənə bilmirdim, sadəcə onun şəhərin başqa bir yerinə enişinə baxırdım. Biz artıq həyəcan siqnallarına öyrəşmişik, yuxuya gedirik və onların səsinə oyanırıq”, - deyə o, qeyd edib.
K.Yudina Rusiya mətbuatında şəhərdə dəhşətli talanların olması, guya pulemyotlu qanqsterlərin ukraynalılara atəş açması ilə bağlı şayiələri şərh edib.
"Bu yalandır. Pulemyotlarla yalnız ərazi müdafiəsinə yazılanlar gəzir. Bu insanların bütün əlaqələri və məlumatları hərbi komissarlıqda və dövlət orqanlarındadır. Heç kimə eləcə silah paylamır”, deyə o, yekunlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar