Xəbər lenti
Azərbaycanın avtomobil bazarında vəziyyət necədir?
Manevr.az xəbər verir ki, bunu "report”a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib. Bununla belə, onun sözlərinə görə, ötən ay ölkədə avtomobil satışı əvvəlki aya nisbətən az olub.
"Ümumilikdə I rübdə bazarda satışların artması gözlənilmir. Yalnız II rübdə, yəni aprel-may aylarında satışların yüksələcəyi proqnozlaşdırılır. Həmçinin ökəyə idxal olunan avtomobillərin sayında da xeyli artım olacaq”, - deyə E.Cəfərov qeyd edib.
Onun sözlərinə görə, fevral ayında avtomobil həvəskarlarının əsas tələbatı "krossover”lərə, xüsusilə "mini krossover”lərə olub: "Son nəticədə bu aydan ölkəyə "mini krossover” idxalı artıb. Onlar mühərik həcmi 1 500 - 2000 kub santimetr olan avtomobillərdir. Əgər əvvəllər "C” seqmentində olan avtomobillər populyar idirsə, indi "mini krossover”lər daha populyardır. Həmçinin hibrid və elektrikli avtomobillərə hər ay tələbat artır. Yeni avtomobil almaq istəyənlər ekoloji təmiz avtomobillərlə maraqlanır”.
Ekspertin təhlillərinə görə, Ukrayna-Rusiya müharibəsinin Azərbaycanın avtomobil bazarına təsiri olmayacaq: "Rusiyadan Azərbaycana yalnız orda istehsal olunan avtomobillər gətirilir. Onların da istehsal olunduğu zavodlar münaqişə zonasından kənardadır və Azərbaycana idxalda hər hansı problem olmayacaq. Ukraynadan da Azərbaycana kütləvi şəkildə minik avtomobilləri gətirilmir. Ona görə də ordakı proseslər Azərbaycanın avtomobil bazarına təsir etməyəcək”.
Avtomobil bazarının vəziyyəti ilə daha yaxından tanış olmaq üçün paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan bir neçə şəxslə əlaqə saxladıq. Onların verdiyi məlumata görə, bazarda əsas üstünlük "Mercedes”, "Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:
"Mercedes C-class” (2007-2008-ci il) - 13 500 -25 000 AZN
"Mercedes GL-class” (2006-2007-ci il) - 23 000-30 000 AZN
"Mercedes GL-class” (2015-ci il) - 77 000 – 94 000 AZN
"Nissan Kicks” (2021-ci il) 35 000 - 45 000 AZN
"Nissan Sunny” (2010-2011-ci il) - 11 000 - 16 000 AZN
"Hyundai Sonata” (2008-2009-cu il) - 14 000 - 20 000 AZN
"Hyundai Santa Fe” "2021-ci il) – 80 000 - 85 000 AZN
"Hyundai Santa Fe” (2014-2015-ci il) - 30 000 - 45 000 AZN
"Hyundai Accent” (2021) – 26 000 - 32 000 AZN
"Hyundai Accent” (2010-2011-ci il) – 11 000 – 18 000 AZN
"Toyota Camry” (2014-2015-ci il) - 23 000 - 43 000 AZN
"Toyota Camry” (2021-ci il) - 52 000 - 85 000 AZN
"Opel Astra” (2006-2007-ci il) – 13 000 - 19 000 AZN
"Chevrolet Cruze” (2012-2013-cü il) - 11 000 -19 000 AZN
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar