Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Tarix: 02-03-2022 13:37     Baxış: 3197 A- / A+


Azərbaycanda iki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılıb.
Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və "D.Fruits Kəndli Təsərrüfatı" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib. Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar