Xəbər lenti
Araz Ağalarovun şirkəti məhkəməyə verildi - SƏBƏB
Manevr.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən "Crocus Event Baku” MMC barədə "Bakuprod” MMC məhkəmə iddiası qaldırıb. İddia artıq icraata götürülüb. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Crocus Event Baku” MMC 11 sentyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır.
Mediada yayılan məlumatlara görə, Cəmilə Ağalarova Araz Ağalarovun yaxın qohumudur. O, həmçinin "Crocus Group” şirkətinin törəməsi olan "Crocus Trading”, "Crocus Construction”, "Crocus Fitness”, "Crocus Plus” və "Crocus İnteriors” şirkətlərinə rəhbərlik edir. "CrocusGroup” şirkətinin isə Araz Ağalarova məxsus olduğu sirr deyil.
"Bakuprod” MMC-yə gəlincə, şirkət 25 sentyabr 2018-ci ildə qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Axundov Fuad Fəxrəddin oğludur.
Fuad Axundov barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Onun yalnız uzun müddət istifadəsiz qalan "Facebook” hesabını tapdıq. Bu hesabda Fuad Axundov əvvəllər Dövlət Vergi Xidmətində müfəttiş, daha sonra "Xəzər” çörək zavodunda (vəzifəsi qeyd edilməyib) və "BakenRoll Sushi Bar"ın Baş direktoru işlədiyi qeyd edib.
"Bakuprod”MMC qida məhsullarının idxalı ilə məşğul olur. Bu barədə şirkətin veb-səhifəsində qeyd edilib.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar