Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə ölən icra başçısının üzərindən həbs götürülən əmlaklarının SİYAHISI

Tarix: 23-02-2022 21:39     Baxış: 4241 A- / A+

Ağstafa rayonunun həbs müddətində vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub.
Manevr.az "trend"ə istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları - Goranboy rayonu, aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan 0.08 ha torpaq sahəsi, Goranboy şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası, Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min 395 manat olan qeyri yaşayış binası, Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri yaşayış binasıdır.
Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, Ramiz Tatarovun isə cəzası 8 il 3 aya endirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar