Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sayğacların oxunmasında süni intellektdən istifadə ediləcək

Tarix: 23-02-2022 17:12     Baxış: 3166 A- / A+
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) abonentin sayğaclarının yoxlanması ilə bağlı bir sıra həlləri var və yaxın vaxtlarda onun tətbiqinə başlayacaq.
Manevr.az xəbər verir ki, bunu "Dördüncü Sənaye İnqilabında trendlər" tədbirində çıxış edən SOCAR-ın informasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.
F.Əliyev əlavə edib ki, abonent sayğacın şəklini çəkməklə onun oxunmasını həyata keçirə bilər: "Bilirik ki, abonentlərin qaz göstəricilərinin oxunması ilə bağlı müəyyən çətinliklər var. Abonent öz smartfonu ilə qaz sayğacının şəklini çəkməklə biz onun qaz istifadəsi ilə bağlı məlumatlarını əldə edə biləcəyik. Texniki desək "image processing" baş verəcək".
Onun sözlərinə görə, uzun müddət "machine learning" mərhələsi çərçivəsində böyük həcmdə şəkillər çəkildi: "Süni intellektə platforma öyrədildi və artıq o qərar verə bilir. Sınaq nəticələrində 90 %-in üzərində nəticə əldə etmişik. Təbii ki, zamanla daha yüksək göstəricilər əldə edə biləcəyik".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar