Xəbər lenti
Yeni sosial şəbəkə yaradıldı
Əvvəlcədən də gözlənildiyi kimi ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın komandası "Truth Social" adlı sosial şəbəkəni istifadəyə verib.Manevr.az lent.az-a istinadən xəbər verir ki, Sözügedən sosial şəbəkənin tətbiqi Apple şirkətinin App Store platformasında amerikalı istifadəçilər üçün istifadəyə verilib.
Donald Trump öz sosial şəbəkəsini istifadəyə verəcəyini ilk dəfə keçən il elan etmişdi. Beləliklə istifadəyə verilmiş "Truth Social" adlı sosial şəbəkə öz dizaynı baxımından “Twitter”i xatırladır. Donald Trump vaxtı ikən aktiv şəkildə “Twitter”dən istifadə edirdi. Lakin 2021-ci ilin əvvəlində "Twitter" onun hesabını həmişəlik blokladı.
Yeni sosial şəbəkədən istifadə etmək istəyənlər isə platformanın veb saytında qeydiyyatdan keçməli olacaqlar. Bunu etmək üçün platformanın veb saytında istifadəçi öz adını və elektron poçt ünvanını qeyd etməli olacaq. Lakin bəzi istifadəçilər qeydiyyatdan sonra sosial şəbəkəyə daxil ola bilməyiblər. Digərləri isə bildiriblər ki, qeydiyyatdan keçmək istəyən zaman sayt yenidən işə düşür və növbədə gözləməyi məsləhət görür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































