Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada erməni təxribatının qarşısı alındı

Tarix: 22-02-2022 23:04     Baxış: 4201 A- / A+
Ukraynada erməni təxribatının qarşısı alındı
Ukraynanın Xarkov şəhərində erməni icmasının təxribatının qarşısı alınıb.
Manevr.az
AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə "Sonsuz dəhliz” filmi nümayiş olunub. Bundan öncə Xarkovun erməni icması şəhərin dövlət strukturlarına müraciət edərək filmin nümayiş etdirilməsinə qadağa qoyulmasını istəyib.
Bütün maneə və təxribatlara baxmayaraq Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tələbələr zalında filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, soydaşlarımız və Xarkov şəhər sakinləri iştirak ediblər.
Tədbirin təhlükəsizliyini Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti qoruyub.
Filmin təqdimatından öncə çıxış edən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkovda fəaliyyət göstərən diasporun bütün ictimai təşkilat sədrlərinə fəal ictimai mövqeyinə görə təşəkkür edib. O qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqın, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
"Azərbaycan dövlətçilik tarixinə Zəfər salnaməsi yazmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək qüdrəti nümayiş etdirdi. Azərbaycanda xalq-dövlət, ordu-xalq birliyi sayəsində tarixi Qələbə qazanıldı. Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələrə və ziyarətgahlara yeni həyat verir, məscidlərimiz, habelə kilsə və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər salınır”, - deyə Əfqan Salmanov əlavə edib. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar