Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polis nə zaman icazəsiz mənzilə daxil ola bilər? - AÇIQLAMA

Tarix: 22-02-2022 17:41     Baxış: 4257 A- / A+


Polis nə zaman icazəsiz mənzilə daxil ola bilər? - AÇIQLAMA
Fevralın 20-də Bakının Nizami rayonunda baş verən qətllə bağlı bir sıra iddialar yayılıb.
İddialara görə, cinayət zamanı evdən gələn səs-küyə qonşular yığışıb. Onlar içəri girməyə çalışsa da, buna nail olmayıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər isə “ailə münaqişəsidir, evə girmək olmaz”, deyiblər.
Bəs görək, ölkə qanunvericiliyi polisə hansı hallarda mənzilə daxil olmağa icazə verir?

Sualımıza “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib.
O bildirib ki, cinayət hadisəsinin qarşısını almaq üçün polis əməkdaşının evə daxil olmasında qanun pozuntusu yoxdur:
“Azərbaycan qanunvericiliyində polisin təyinatına görə, polis əməkdaşları vətəndaşların sağlamlıqlarını, hüquq və azadlıqlarını, mülkiyyətini qanunazidd əməllərdən qorumalıdır. Polisin vəzifəsi ictimai asayişi, təhlükəsizliyi qorumaq, cinayət və xətaların qarşısını almaq üçün tədbir görməkdən ibarətdir. Mənzil hüququnu pozmaq və vətəndaşın evinə daxil olmaq üçün məhkəmə qərarı və ya müstəntiqin əsaslandırılmış qərarı olmalıdır. Amma nəzərə almaq lazımdır ki, təxirəsalınmaz hallarda, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə olduğu halda polisin icazəsiz mənzilə daxil olmaq hüququ var”.
Həmsöhbətimizin sözlərinə görə, bu zaman polislər daxil olduqları evdə cinayət olduğuna əmin olmalıdırlar:
“Burada polis əməkdaşı dəqiq bilməlidir ki, daxil olduğu evdə kiminsə həyatına təhlükə var. Əgər mənzildən səs-küy gəlirsə, real cinayət hadisəsi varsa, həmçinin, bu səs-küy inzibati xəta olaraq qonşuları narahat edirsə, polis əməkdaşları mənzilə daxil ola bilər. Bir sözlə, cinayət hadisəsinin qarşısını almaq üçün polis əməkdaşının mənzilə daxil olmasında heç bir qanun pozuntusu yoxdur. Belə halda mənzilə daxil olmaq üçün müstəntiqin də qərar vermək səlahiyyəti var.
Eyni zamanda əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qanunda da göstərilir ki, şəxsiyyət əleyhinə ağır cinayətlərin, xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısını almaq və cinayəti hazırlayan şəxslərin müəyyən edilməsi, ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün əməliyyatçılar evlərə, torpaq sahələrinə və s. daxil olar bilərlər. Bunun üçün məhkəmə qərarına ehtiyac yoxdur”.
Qeyd edək ki, paytaxtın Nizami rayonunda baş verən qətllə bağlı yayılan sözügedən iddia əsasında artıq ərazi üzrə 24-cü Polis Bölməsində xidməti yoxlama başladılıb.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar