Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Su sayğacları ilə bağlı araşdırmalara dair qərar qəbul edilib - RƏSMİ

Tarix: 21-02-2022 13:37     Baxış: 3199 A- / A+


Mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata əsasən, işə baxılması zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub. Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib. Qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar