Manevr.az lent.az-a istinadla məlumatına görə, Leone Qaller ev heyvanlarına olan sevgisindən danışıb. O, cihuahua cinsindən olan altı yaşlı Reci və beş yaşlı Romeo heç bir şeyi əsirgəmir və səxavətli sahibə sayəsində çox yaxşı yaşayırlar.

Qadının sözlərinə görə, ev heyvanları bayramlarda ancaq butulkalarda olan su içir və bayramlarda biftek (mal ətindən dilim şəklində kəsilmiş, adətən qril və ya qızartmaq üçün hazırlanan ət parçaları) yeyirlər.

Britaniyalı və onun sevgilisi Stiv pilləkənlərin altında kaşmir sviterlərinin, parlaq kəpənək qalstuklarının və trikotaj şarfların səliqəli şəkildə yerləşdirildiyi qarderob da təşkil ediblər. Qaller itlərin ən bahalı geyimlərini qonaq otağında saxlayır.