Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin nəzərinə - VİDEO

Tarix: 18-02-2022 09:23     Baxış: 4155 A- / A+
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin nəzərinə (VİDEO)

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir.
Manevr.az xəbər verir ki, agentliyin digər layihələrində olduğu kimi Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib.
Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilib.
Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanmışdır.
Video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində "təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu (yasamal2.mida.gov.az) internet səhifəsi istifadəyə verilmişdir. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkündür.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar