Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur sənətçi evində ölü tapıldı

Tarix: 18-02-2022 08:00     Baxış: 3244 A- / A+
Polşa əsilli almaniyalı rəssam, fotoqraf, rejissor və yazıçı Sebastian Bieniek evində ölü tapılıb.

46 yaşlı Bieniek birdən çox qabırğasının sınığı səbəbiylə ağciyər qanaması nəticəsində həyatını itirib.
Bieniekin meyiti ölümündən 3 gün sonra tapılıb.

O, sonuncu dəfə 6 fevral 2022-ci ildə Berlindəki “Prasnik” restoranında görülüb.

Hadisə şahidinin dediyinə görə, sərxoş vəziyyətdə olan Bieniek saat 2:30 radələrində barı tərk etməzdən əvvəl bir neçə narkotik satıcısı ilə mübahisə edib. İddialara görə, Bieniek gedəndən sonra bu şəxslər məşhur sənətçinin arxasınca gedib, onu hardasa tələyə salıb və qabırğaları sınana qədər döyüb təpikləyiblər.

Cinayətkarlar qaçan kimi Bieniek xəstəxananın təcili yardım otağına aparılıb. Həmin vaxt heç bir ağırlaşma əlaməti olmayan sənətçinin bir neçə qabırğasının sınığı da aşkarlanıb. Bieniek saat 04:00 radələrində evə buraxılıb.
İki gün sonra Bieniekin qabırğasındakı sınıqlar onun qaraciyərinin qanla dolmasına səbəb olub. Məşhur sənətçi qanında boğularaq dünyasını dəyişib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar