“Obrazlı desək, “Tarix-i-Nadir” kitabını yarıya qədər yox, tam oxuyanlar da bu duruma izah verməyə çətinlik çəkərlər”.
Manevr.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimlinin sosial şəbəkədə paylaşdığı və geniş müzakirəyə səbəb olan videosuna PR kontekstində münasibət bildirən prezidenti Vəli Əlibəyov yenicag.az-a açıqlamasında deyib.
Xəbər lenti
“Axı, o videonun müəllifi deputatdır, tiktoker, ya da şou-biznes təmsilçisi deyil ki...” - PR mütəxəssisindən REAKSİYA

Mütəxəssisin fikrincə, millət vəkilinin belə bir davranışa yol verməsinə normal izah vermək mümkün deyil:
“Açığı, öz mahiyyətinə görə bu hadisəni sırf PR kontekstində qiymələndirmək imkan xaricindədir. Doğrudan, anlamaq çətindir ki, deputat nədən məhz bu cür müraciət forması seçib…
Dediyim kimi, əslində, burada PR-lıq bir iş yoxdur. Çünki o videoda kommunikasiya standartlarına elementar səviyyədə də əməl edilməyib. Axı, o videonun müəllifi deputatdır, tiktoker və ya şou-biznes təmsilçisi deyil ki, seçdiyi forma haradasa başa düşülən olsun.
Ciddi sayılan bir şəxsin, millət vəkilinin belə bir davranışa yol verməsinin izahı yoxdur. Obrazlı desək, “Tarix-i-Nadir” kitabını yarıya qədər yox, tam oxuyanlar da bu duruma izah verməyə çətinlik çəkərlər. Amma o da var ki, Azərbaycan siyasətində belə hallara çox rast gəlinir. Bunu onlardan biri kimi qəbul etmək olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar