Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda daşınmaz əmlak alan Azərbaycan vətəndaşları kimlərdir? - AÇIQLAMA

Tarix: 17-02-2022 19:12     Baxış: 3196 A- / A+
Ermənistanda daşınmaz əmlak alan Azərbaycan vətəndaşları kimlərdir? - AÇIQLAMA
Ermənistan Kadastr Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir. Bildirilib ki, 2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşı əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirib. Azərbaycan vətəndaşları 2012-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.Maraqlıdır, Azərbaycan vətəndaşları Ermənistanda hansı formada əmlaka sahib ola bilirlər?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev xatırladıb ki, Azərbaycan tolerant dövlətdir və burada müxtəlif xalqların nümayəndələri yaşayır:
"Təkcə Bakıda qeyri-rəsmi statistikaya görə, 30 mindən çox erməni milliyyətindən olan Azərbaycan vətəndaşı var – bəziləri ad-soyadlarını dəyişsə də, erməni soyadında qalanlar da mövcuddur. Düşünmürəm ki, bu gün ölkəmizdə yaşayan Azərbaycan türkləri, talış, avar, tat kimi xalqın nümayəndələrindən hər hansısa biri, Ermənistanda əmlak sahibi olmağa maraq göstərsin. Ermənistan Kadastr Komitəsi məlumatı yayır, amma  onların kimliyi haqqında bilgi vermir. Fikrimcə, bu, belə bir halda ola bilər ki,  erməni milliyyətindən olan Azərbaycan vətəndaşları orada hər hansı mənzil almaq üçün pul xərcləyərlər. Əks halda, heç bir şəxs bu riskə getməz. Eynilə Türkiyədə yaşayan ermənilər də oxşar addımları ata bilərlər. Bunları da yalnız şəxsi fikir kimi irəli sürmək mümkündür”.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda sonradan vətəndaşlıq alan xarici vətəndaşlar da Ermənistanda əmlak sahibi ola bilərlər:
"Yerli əhali tərəfindən isə, dediyim kimi, belə addımın atılması gözlənilən, inandırıcı deyil. Bu gün Azərbaycan ərazisində - Xankəndində, Xocalıda müəyyən sayda ermənilər qalıb. Müəyyən proseslərdən sonra onlar da Azərbaycan vətəndaşlığını alacaq, burada yaşayacaqlar. Gələcəkdə də yəqin ki, hansısa erməni vətəndaşının Azərbaycanda əmlak alması və ya Azərbaycan vətəndaşının Ermənistanda əmlak alması normal hal olacaq.  Dünyada baş verən proseslər bunu tələb edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar