Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümlə hədələnən Tahir Kərimli ilə bağlı DİN-dən AÇIQLAMA

Tarix: 17-02-2022 11:27     Baxış: 3157 A- / A+

Ötən gün Milli Məclisin deputatı, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli sosial şəbəkələrdə yayılan video-müraciətində təhdid olunduğunu bildirib. 
Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkərək onu ölümlə hədələyənlərə səslənib:
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.
Bəs partiya sədri, millət vəkili Tahir Kərimli ona qarşı olan təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edibmi?
Manevr.az-ın məlumarına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev publika.az-a açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimlidən daxili işlər orqanlarına şikayət xarakterli hər hansı müraciət daxil olmayıb. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, məsələ ilə bağlı təmsil etdiyi quruma heç bir müraciət daxil olmayıb:
“Millət vəkilinin daxili işlər orqanlarına bununla bağlı heç bir müraciəti yoxdur”.
Vəhdət Partiyasından da bildirildi ki, Tahir Kərimlinin ölüm təhdidi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub-olunmaması ilə bağlı xəbərsizdilər. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar