Xəbər lenti
"Mən çox utancaq qadınam" - "Yuxu" filmi ilə tanınan məşhur aktrisa
"Mən açıq-saçıq səhnələr olduğu üçün bir neçə filmdən imtina etmişəm".Bu sözləri Xalq artisti Ayan Mirqasımova deyib.
O qeyd edib ki, bir neçə tamaşada təklif olunan roldan da imtina edib:
"Mən çox utancaq qadınam. Bu mənə anamın südü ilə keçib. Mən o qədər də cəsur adam deyiləm. Düşünürəm ki, Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil".
Aktrisa əlavə olaraq bildirib ki, məşhur bir rejissorumuz ona filminə çəkilməyi təklif edib:
"Mən məhz açıq-saçıq səhnələri çıxaracağı halda çəkiləcəyimi demişdim. O isə çox prinsipial rejissor olduğunu və sözügedən səhnələri çıxarmayacağını demişdi. Rejissor Rusiyadan azərbaycanlılara bənzəyən bir aktrisa tapıb onu çəkdi".
A.Mirqasımova "Yuxu" filminin onu daha çox tanıtdığını vurğulayıb:
"Razıyam, "Yuxu" məni daha çox tanıtdı. Mənim çəkildiyim filmlər əsasən festival filmləridir. Həmin filmləri heç televiziyalarda da çox göstərmirlər. Düşünürəm ki, "Ovsunçu" filmi daha tez-tez göstərilə bilər. Necə ki, "Yeddi oğul istərəm" filmini tez-tez göstərirlər. "Ovsunçu" da o filmlə eyni dövrdən bəhs edir, sadəcə başqa rakursdan". apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























