Xəbər lenti
Hərbi xidmətdən qaçan əsgər 20 İL SONRA TUTULDU

Rusiyada 20 il əvvəl - 2002-ci ildə Moskva vilayətində yerləşən hərbi hissəni özbaşına tərk edən əsgər polis tərəfindən saxlanılıb.
Yerli KİV xəbər verir ki, həmin şəxs Sankt-Peterburqun Kalininski rayon sakinidir.
Onun bir gün əvvəl Jurnalist Təhqiqatları Agentliyinə hərbi xidmətindən danışmasından sonra polis hərəkətə keçib.
Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əməkdaşları axşam saat 8 radələrində Murinski parkı ilə üzbəüz Lunaçarski prospektində 42 yaşlı fərarinin saxlanılması ilə bağlı əməliyyat keçirib.O, 2002-ci ildən “özbaşına olaraq bölməni və ya xidmət yerini tərk etmə” maddəsi ilə axtarışda olub. İlkin məlumata görə, peterburqlu 2001-ci ilin dekabrında orduya çağırılıb. Lakin 2002-ci ilin iyulunda hərbi hissənin ərazisini tərk edib.
Saxlanılan şəxs polis bölməsinə aparılıb və müvafiq qərarın qəbul edilməsi üçün hərbi komendantlığa məlumat verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar