Fevralın 17-də növbəti Ümrə ziyarəti baş tutacaq.
Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ziyarət fevralın 24-nə qədər davam edəcək.
Şöbə müdiri mart ayında nəzərdə tutulan Ümrə ziyarətlərinin də tarixini açıqlayıb. O qeyd edib ki, gələn ay 10-17, 19-26 və 24-31 mart tarixlərində Ümrə ziyarətlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu Ümrə ziyarətini 2021-ci il dekabrın 2-dən 9-na qədər həyata keçirib. Bundan əlavə, yanvarın 13-dən 20-nə qədər, fevralın 3-9 və 10-16-da Ümrə ziyarətləri baş tutub.
Xəbər lenti
Gələn ay üçün Ümrə ziyarətinin tarixləri məlum olub

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar