Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosu nəfəs almağı asanlaşdırır

Tarix: 16-02-2022 12:54     Baxış: 3128 A- / A+
2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq quraşdırılacaq.
Bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki “Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb.
Qeyd edilir ki, Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri ilə dünyadakı digər analoqlarından üstün və səmərəsi ilə seçilir. Bununla yanaşı, bu avadanlıq iqtisadi cəhətdən də daha münasibdir. Onun texniki qulluğu, təmir-təftiş prosesi daha rahatdır. Elektrik enerjisinə daha çox qənaət edir və idarəetmə şkafları tezlik çevricilidir. Şirkət server qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. 
Qeyd edilənlərlə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsas götürülməklə, yerli tələbata uyğunluğa, ələlxüsus Azərbaycan paytaxtının iqlimi, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət yetirilməsi baxımından da “Ventprom”un məhsulları uyğunluğu ilə seçilir. 
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 4-ü “VOM 24-R” tipli olmaqla 75 kVt gücə malikdir. Onlar tunellərin havalandırılması üçün nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla “VOM 20” tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin havalandırılmasına xidmət edəcəklər.
Əvvəlki avadanlıqlarla müqayisədə yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək.
Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada aparılacaq. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunacaq. Yeni ventilyatorlar həm də təhlükəsizliyin artırılması, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanına malikdir.
Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində də işlər planlı şəkildə davam etdirilir. Bu məqsədlə, 2022-ci ildə dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub.ölkə.az
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar