Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

“Deyiblər ki, gəlin, bu işi həll edək” - Nərminin atasından sərt İTTİHAMLAR

Tarix: 15-02-2022 20:26     Baxış: 4222 A- / A+
Azərbaycanda böyük rezonans doğuran “Nərmin işi” lə bağlı ciddi müzakirələr davam edir.
İlkin Süleymanov cinayətkar qismində  həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.
Manevr.az xəbər verir ki, iddialarla bağlı mərhumun atası Şərif Quliyev “Sherg.az”a danışıb. O bildirib ki, yayılan bütün xəbərlər yalandır:
“Bütün iddiaları qarşı tərəf qaldırır. Hamısı onların günahıdır. İlkinin qardaşı Adil Süleymanov qardaşıma yaxınlaşıb deyib ki, gəlin, bu işi bir yerdə həll edək. Bunlar kimdir ki, iş həll etsin? Bu işi dövlət artıq həll edib.
Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Prezident Administrasiyası – bu dörd qurum bu işlə məşğuldur. Onda bu qurumlar yalan danışır?! Yalan danışan, ictimaiyyəti aldadan qarşı tərəfdir. Müxtəlif  “YouTube” kanallarında çıxıb yalan danışırlar. Günahkar İlkindir və bu işdə onun bacıları və anasının əli var”.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar