Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu rayonlar birləşdirilməlidir” - Milli Məclisdə təklif

Tarix: 15-02-2022 16:40     Baxış: 3212 A- / A+
“Bu gün müzakirəmizə çıxarılan Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, bu sənəd cənab Prezidentin başlatmış olduğu regional idarəetmənin islahatı çərçivəsində həyata keçirilən növbəti addımdır. Bu islahatların ən parlaq təzahürüdə, işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndə institunun yaradılmasında və tətbiq edilməsində görürük. Artıq bu institut özünü doğrultmaqdadır və hesab edirəm ki, ölkəmizin digər ərazilərdə də tətbiq oluna bilər”.
Manevr.az xəbər verir ki, bunu deputat Kamran Bayramov “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, əvvəllər böyük rayonların bölünməsi nəticəsində ərazisi kiçik və əhalisi az olan rayonlar mövcuddur. 
“Hansı ki həmin rayonlar  özlərini belə saxlaya bilmir, idarəetmə səmərəsi azalır, bu baxımdan bu cür rayonların inzibati-ərazi bölgüsünə yenidən baxılmalıdır və onların birləşməsi məsələsi yenidən nəzərdən keçirilməlidir. Bu tədbirlər dövlət büdcəsində izafi xərclərin azaldılmasına, məmur aparatlarının şişirdilməsinin qarşısının alınmasına, idarəetmənin optimallaşdırılmasına və səmərəsinin artırılmasına xidmət edəcəkdir”, - deputat qeyd edib.
O əlavə edib ki, təqdim olunmuş qanun layihəsinin lehinə səs verəcək. 
“Düşünürəm ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklər edilməklə yanaşı, məntiqlə müvafiq bələdiyyələrdə birləşməli idi, lakin unutmayaq ki, yeni bələdiyyə yaradıldıqda, o yenidən formalaşmalıdır, seçkilər keçirilməlidir, bu baxımdan da bu bələdiyyələrin inzibati ərazilərdə dəyişiklərin edilməsi məntiqli görünür.
Bu baxımdan, layihə digər sahənin (yerliözünüidarəetməni) gücləndirilməsini zəruri edir. Artıq zaman yetişib, bələdiyyənin institunun islahatına başlanılmalıdır, dünya təcrübəsi də onu göstərir ki, bələdiyyələr birləşməlidir və gücləndirilməlidir. Mətbuatda müzakirə edilən bələdiyyələrin səlahiyyətlərinin artırılması səslənir, amma bundan birləşmə getməldir, iqtisadi potensialı, kadr potensialı birləşmiş və güclənmiş olan bələdiyyələr, keyfiyyətcə daha güclü və vətəndaşların tələbatının ödənilməsində mühüm rol oynaya bilərlər”- deputat bildirib.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar