Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

126 saxta səhifə bloklanıb - Nazir müavini

Tarix: 14-02-2022 11:30     Baxış: 3214 A- / A+



Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır. İnternet vasitəsilə saxta xəbərlərin yayılması beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. 
Manevr.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr olunan konfransda bildirib.
"Vətən müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılıb. Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilib. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş dövlətlərdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu "Qlobal kibertəhlükəsizlik indeksi" hesabatına əsasən, Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb" - nazir müavini qeyd edib.  
Rövşən Rüstəmov vurğulayıb ki, dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilib, coğrafi adların bərpa edilməsinə nail olunub: "Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı" layihəsi hazırlanıb". 
Nazir müavini əlavə edib ki, 2022-ci ilin 1 yanvarından bu günə qədər nazirlik tərəfindən 126 saxta səhifə bloklanıb: "Bu səhifələr siyasi rəhbərlərin, dövlət qurumlarının adına açılaraq orada saxta məlumatlar paylaşılırdı. Ancaq bu kimi halların qarşısı mütəmadi olaraq alınır".

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar