Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mehdiyevlər gəldi-gedərdir, amma AMEA yaşamalıdır”

Tarix: 13-02-2022 16:01     Baxış: 3164 A- / A+

Məlum hadisələr fonunda ara-sıra səslənən “AMEA ləğv olunmalıdır” çağırışları ciddi narahatlıq yaradır. Ona görə ki, məmləkətin elm, bilik, tədris və fikir məbədi olan Elmlər Akademiyası təkcə orada çalışanların iş yeri deyil, həm də hamımızındır, xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir.
Manevr.az xəbər verir ki, bunu media eksperti, professor Qulu Məhərrəmli qeyd edib.
“Əlbəttə, bu gün həmin elm mərkəzində yaşananlar, yöndəmsiz idarəçiliyin törətdiyi əcaib vəziyyət, müstəqillik dövrümüzün ən eybəcər və ziyanlı fiqurlarından olan R.Mehdiyevin öz siyasi niyyətləri üçün akademiyanı səngərə çevirməsi bu qurumu ləğv etmək üçün əsas ola bilməz. Biz bilməliyik ki, xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş Ramiz Mehdiyevlər gəldi-gedərdir, amma ölkə elminin simvolu olan AMEA yaşamalıdır. Təbii ki, əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq, oraları bisavad akademiklərdən təmizləmək, alimlərin maaşlarını artırmaqla çox şeyə nail olmaq mümkündür. Yəni biz gerçək yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”, – deyə Qulu Məhərrəmli bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar