Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Karen Şahnazarov qızını məhkəməyə verir – Qalmaqal

Tarix: 12-02-2022 22:41     Baxış: 4173 A- / A+

Erməni əsilli rusiyalı rejissor-ssenarist, “Mosfilm”in baş direktoru Karen Şahnazarov Moskvadakı mənzilin bir hissəsi ilə bağlı qızı Annanı məhkəməyə vermək istəyir.

Bu barədə “Mash” Telegram-kanalı məlumat yayıb.

Ssenarist 36 yaşlı varisi ilə mənzilin yarısına görə məhkəmə çəkişməsinə başlamaq istəyir.

Kanalın məlumatına görə, Şahnazarov məhkəməyə müraciət edib, çünki mənzilin vergi və kommunal xərclərini ödəyib. Söhbət paytaxtın mərkəzindəki yerləşən, "Patriarx gölləri" adlanan ərazidəki mənzildən gedir.

Qeyd olunur ki, Anna Şahnazarova ABŞ-da böyüyüb və rejissor onu 4 yaşından sonra görməyib. Qız hazırda Moskvada yaşayır. Məhkəmə prosesinin təfərrüatları məlum deyil, Şahnazarov özü bu məlumatı şərh etməyib.

Karen Şahnazarov üç dəfə evlənib. Anna rejissorun ikinci evliliyindən dünyaya gəlib. Ana Yelena Setunskaya qızının dörd yaşında olanda ABŞ-a köçüb. Daha sonra Şahnazarov onunla məhkəmə vasitəsilə boşanıb və qızını tərbiyə etmək hüququ alıb, ancaq onu iyirmi il sonra görüb.

“Mosfilm” baş direktorunun üçüncü həyat yoldaşından İvan və Vasili adlı iki oğlu var. teleqraf.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar